15%-ə qədər ENDİRİMLƏRDƏN FAYDALANIN! Ən son modellərGaming notebooklarUltrabuklar * Yalnız Bizdə.

Tag - kompüter satışı

Komputer almaq
Bakı şəhərində kompüter satışı üzrə mağaza olmaqla CTRL.az onlayn mağazasıda ən ucuz qiymətləri təqdim edirik.
Kompüter və onların özəlliklərinin qısa izahı:
1. Kompüter prosessoru (CPU) mərkəzi əməliyyat qurğusu olması ilə kompüterdə beyin funksiyasının yerinə yetirir. Sadə kompüterlərdə İntel Celeron, İntel Pentium, İntel İ3, AMD Athlon, AMD Ryzen 3 kimi CPU kifayətdir.
Qrafik işlər üçün noutbuk və ya oyun üçün kompüter seçərkən İntel i5, İntel i7, İntel i9, o cümlədən AMD Ryzen 5, AMD Ryzen 7, AMD Ryzen 9 kimi prosessorların seçilməsi tövsiyyə olunur.

2.Kompüter RAM yaddaşı onun əməliyyat yaddaşı olmaqla, yalnız komputer işləyən zaman məlumatın yükləndiyi və emal edildiyi qurğudur. Demək, RAM yaddaşı nə qədər böyük olarsa kompüter o qədər rahat işləyər.
Qrafik işlərdə, oyunlarda əməliyyat yaddaşının böyük olması vacibdir. Ev üçün , mühasibat işləri, dərslər üçün kompüterlərdə 4GB və ya 8GB RAM kifayət etsədə, oyunlar və qrafik işlər üçün kompüterlərdə 8GB, 16GB və daha yüksək RAM olması tövsiyyə edilir.

3.Kompüter daimi yaddaşı-SSD və HDD deyilən qurğu məlumatın yazılaraq saxlandığı qurğudur. SSD yaddaş qurğusu HDD yaddaş qurğusundan daha müasir və sürətlidir. Bu qurğunun böyük olması işin sürətinə təsir etmir və yalnız məlumatın ölçüsünə görə seçilməsi məqsədəuyğundur.
Standart işlər üçün kompüterlərdə, internet, ofis və ya təhsil üçün notebooklarda 128Gb, 256Gb SSD qurğuları kifayətdir. Qrafik dizayn üçün kompüterlərdə, oyun kompüterlərdə 512GB SSD və ya 256Gb SSD+1TB HDD kombinasıyaları məsləhətdir.

4. Kompüter videokartı onun qrafik işlərdə görüntünü emal edərək ekrana ötürən daxili elementidir. Əgər aldığımız notebook qrafik işlər və ya oyun üçün nəzərdə tutulmayıbsa, “onboard videocard” deyilən İntel və ya AMD videokartlar kifayətdir. Qrafik işlər və ya oyun kompüterlərdə isə nVidia Geforce GTX seriya, nVidia Geforce RTX3050 , AMD Radeon RX, AMD Radeon RX XT seriya ayrıca videokarların olması vacibdir.

5. Kompüter ekranı ilk növbədə ölçüsü daha sonra isə görüntü keyfiyyəti fərqlənirlər. Kompüter ekranının daha bir özəlliyi onun tezliyidir ki, bu element əsasən oyunlarda öz fərqini hiss etdirir. Oyunlar üçün Kompüter seçərkən ekran tezliyinin 144Hz və ya daha yüksək olmasına fikir verin.

Oxuduğunuz üçün təşəkkür edirik!

noutbuk satisi

Noutbuklar, noutbuk almaq

 Bu yazıda noutbuk almaq istəyən, informasiya texnologiyaları sahəsində yetərincə məlumatıolmayan insanlarımız üçün qısa məlumat vermək istədik. Noutbuklar və onların özəlliklərinin qısa izahı: 1. Noutbukun prosessoru (CPU) mərkəzi əməliyyat qurğusu olması ilə kompüterdə beyin funksiyasını...

Read more...