15%-ə qədər ENDİRİMLƏRDƏN FAYDALANIN! Ən son modellərGaming notebooklarUltrabuklar * Yalnız Bizdə.

Noutbuklar, noutbuk almaq

noutbuk satisi

Noutbuklar, noutbuk almaq

 Bu yazıda noutbuk almaq istəyən, informasiya texnologiyaları sahəsində yetərincə məlumatı
olmayan insanlarımız üçün qısa məlumat vermək istədik.

Noutbuklar və onların özəlliklərinin qısa izahı:

1. Noutbukun prosessoru (CPU) mərkəzi əməliyyat qurğusu olması ilə kompüterdə beyin funksiyasını yerinə yetirir.
Buradan aydındır ki, noutbukun prosessoru onun ən vacib detalıdır. Sadə
noutbuklarda, yəni ki internet üçün, dərs üçün, mühasibat işləri üçün
noutbuklarda İntel Celeron, İntel Pentium, İntel İ3, AMD Athlon, AMD Ryzen 3
kimi CPU kifayət olsa da, qrafik işlər
üçün noutbuk və ya oyun üçün noutbuk seçərkən İntel i5, İntel i7, İntel i9, o
cümlədən AMD Ryzen 5, AMD Ryzen 7, AMD Ryzen 9 kimi prosessorların seçilməsi
tövsiyyə olunur.

2. Noutbukun RAM yaddaşı onun əməliyyat yaddaşı olmaqla, yalnız noutbuk işləyən zaman məlumatın yükləndiyi və emal

edildiyi qurğudur. Demək, RAM yaddaşı nə qədər böyük olarsa noutbuk o qədər
rahat işləyər. Qrafik işlərdə, oyunlarda əməliyyat yaddaşının böyük olması
vacibdir. Ev üçün , mühasibat işləri, dərslər üçün noutbuklarda 4GB və ya 8GB
RAM kifayət etsədə, oyunlar və qrafik işlər üçün noutbuklarda 8GB, 16GB və daha
yüksək RAM olması tövsiyyə edilir.

3. Noutbukun daimi yaddaşı-SSD və
HDD deyilən qurğu məlumatın yazılaraq saxlandığı qurğudur. SSD yaddaş qurğusu
HDD yaddaş qurğusundan daha müasir və sürətlidir. Bu qurğunun böyük olması məlumatın oxunması və saxlanması sürətinə təsir etsə də, məntiqi əməliyyatların sürətinə
sürətinə təsir etmir və yalnız məlumatın ölçüsünə görə seçilməsi məqsədəuyğundur.
Standart işlər üçün noutbuklarda, internet, ofis və ya təhsil üçün notebooklarda
128Gb, 256Gb SSD qurğuları kifayət edir. Qrafik dizayn üçün noutbuklarda,
oyun noutbuklarında 512GB SSD və ya 256Gb SSD+1TB HDD kombinasıyaları məsləhətdir.

4. Noutbuk videokartı onun qrafik
işlərdə görüntünü emal edərək ekrana ötürən daxili elementidir. Əgər aldığımız
notebook qrafik işlər və ya oyun üçün nəzərdə tutulmayıbsa, “onboard videocard”
deyilən İntel və ya AMD videokartlar kifayətdir. Qrafik işlər və ya oyun
noutbuklarında isə nVidia Geforce GTX seriya, nVidia Geforce RTX3050 , AMD Radeon
RX, AMD Radeon RX XT seriya ayrıca videokarların olması vacibdir.

5. Noutbuk ekranı ilk növbədə
ölçüsü daha sonra isə görüntü keyfiyyəti fərqlənirlər. Biznes noutbuklar, daşınması
nəzərdə tutulan noutbukları kiçik ekranlı, daimi iş masası üstündə olan
noutbukları isə daha böyül ekranlı götürmək məsləhətdir. Noutbuk ekranının daha
bir özəlliyi onun tezliyidir ki, bu element əsasən oyunlarda öz fərqini hiss
etdirir. Oyunlar üçün notbuklar seçərkən ekran tezliyinin 144Hz və ya daha yüksək
olmasına fikir verin.

6. Noutbukun digər parametrləri onun
Wifi, Bluetooth, LAN deyilən şəbəkə qurğularıdır ki, bunlar noutbuklarda adətən
çox fərqlənməsələr də, səs sistemləri, vebkameranın görüntü keyfiyyəti,
klaviaturanın işıqlı olub olmaması ilə fərqlənə bilər.

7. Zəmanət. Əgər almaq istədiyiniz
noutbuk istehsalçı tərəfindən yaşadığınız regiona uyğun istehsal olunaraq rəzmi
olaraq göndərilmişdirsə, bu halda noutbukun zəmanəti barədə narahat olmaya bilərsiniz.
Əldə etdiyiniz məhsulun mütləq rəsmi servis mərkəzinin zəmanəti altında olması
vacibdir.

Oxuduğunuz üçün təşəkkür edirik! (CTRL.az, 2022,  “Noutbuklar, noutbuk almaq”).