15%-ə qədər ENDİRİMLƏRDƏN FAYDALANIN! Ən son modellərGaming notebooklarUltrabuklar * Yalnız Bizdə.
Asus noutbuklar

Asus noutbuklar

Asus noutbuklar
ASUS 1989-cu ildə yaradılmış, Tayvanda yerləşən, kompüter avadanlıqları istehsal edən beynəlxalq şirkətidir. ASUS dünyanın 1 nömrəli anakart və oyun kompüterləri markası, eləcə də dünyada ilk üç notebook istehsalçısından biridir.
2015 və 2016-cı illərdə Fortune jurnalı ASUS-u dünyanın ən bəyənilən şirkətlərindən biri kimi tanıdı. Son dörd il ərzində ASUS Tayvanın ən dəyərli beynəlxalq brendi seçildi. Şirkətin dünya səviyyəli R&D komandası da daxil olmaqla 17.000-dən çox işçisi var. İnnovasiyaya əsaslanan və keyfiyyətə sadiq olan ASUS yüzlərlə mükafat qazandı və 2016-cı ildə təxminən 13,3 milyard ABŞ dolları gəlir əldə etdi.
Asus şirkətinin isehsal istiqamətlərindən biri noutbuklardır. Hər bir isrifadəçinin istəyinə və ehtiyacına uyğun olsun deyə, Asus şirkəti müxtəlif noutbuk seriyaları yaratmışdır:

ROG – Republic of Gamers.
ROG noutbuk sahəsində dünyanın ən güclü və çox yönlü oyun noutbukları olmaq məqsədi ilə yaradılıb. Premium hissələrdən, yəni ki ən yaxşı displeylər, yüksək səviyyəli qrafika və performansı, yeni innovativ soyutma həlləri ilə oyunlarda bənzərsiz üstünlüyü təmin edir.

TUF Gaming
Yüksək yeniləmə sürəti olan displeylər (144hz-və daha yüksək) rəqabətədavamlı GPU-larla zəngin olan ultra davamlı TUF Gaming noutbuklarıdır. TUF seriyası geniş oyunçu auditoriyasına etibarlı portativ oyun noutbuklarını təqdim edir.

ProArt Studiobook.
ProArt Studiobook peşəkar yaradıcılar üçün ən yaxşı noutbukdur. Yüksək performans, peşəkar səviyyəli qrafika və rəng dəqiqliyinə malik geniş diapazonlu displeyə malik noutbuklardırlar.

Zenbook
Zenbook kompakt, nazik və yüngüldür, ən yaxşı innovativ noutbuk texnologiyası, NanoEdge displeyləri, dəqiq dizayn işlənməsi və güzəştsiz performansı ilə seçilir.

Vivobook
Rəngarəng, gözəl Vivobook seriyası Sizin ruhunuzu oxşaya bilər. Bu sürətli noutbuklar innovativ və düşünülmüş dizaynla işləri asanlaşdırır. Bu seriyada olan özəl və fərqli elementlər onları daha da istifadəli edir.

Chromebook
Chrome əməliyyat sistemində işləyən ASUS Chromebook’lar bütün gün batareya ömrü, daxili təhlükəsizlik və Google-dan avtomatik yeniləmələr ilə sürətli və sadələşdirilmiş protativ noutbuklardırlar. Bu noutbuklar əsasən internet istifadəçilərinin sevimli qurğularıdırlar.
Asus noutbuklarının Azərbaycanda da dünyada qazandığı rəğbətə uyğun olararaq sevildiyini əminliklə demək olar. Rəsmi servis mərkəzinin olmaslı Asusun Azərbaycanda önəmli üstünlüklərindən biridir. CTRL.az onlayn kompüter mağazası olaraq Asus noutbuklar, noutbukların ən ucuz qiymələrlə və zəmanətlə təqdim edirik.
https://ctrl.az/product-category/noutbuklar/asus-noutbuklar/

Comment (1)

  • jzeynalov

    Asus noutbuklar həqiqətən yaxşıdırlar.

    16 Mart 2022 at 2:02 axşam

Comments are closed.