Videokartlar, növləri.
Videokart dediyimiz qurğu eyni zamanda displey kartı, qrafik adapter, vga kartı, vga, video adapter və ya displey adapteri olaraq adlanır. Videokart displey cihazına (məsələn, kompüter monitoru) təsvirin verilməsini təmin edən kompüter hissəsidir. Bu qurğular diskret və ya ayrı ekran kartı olaraq adlanır ki, bu da onlar ilə inteqrasiya olunmuş qrafik kartlar arasındakı fərqi vurğulayır. Hər ikisinin əsasını hesablamaları yerinə yetirən əsas komponent olan qrafika emal prosessoru (GPU) təşkil edir. Lakin bu bütövlükdə qrafik kart ilə qarışdırılmamalıdır.

Əksər qrafik kartları sadəcə ekrana çıxışı vermək ilə məhdudlaşmır. Onların inteqrasiya olunmuş qrafik prosessoru işi kompüterin mərkəzi prosessorundan ayırmaqla əlavə emal həyata keçirə bilər. Məsələn, Nvidia və AMD (əvvəllər ATI) hardware səviyyəsində OpenGL və DirectX dəstəkli qrafik kartlar istehsal etdi.

Görüntüdən daha artıq…
2010-cu ilin sonlarında qeyri-qrafik tapşırıqların həlli üçün qrafik prosessorun hesablama imkanlarından istifadə etmək tendensiyası da müşahidə edilmişdir. Bu da OpenCL və CUDA-dan istifadə etməklə həyata keçirilə bilər. Qrafik kartlar süni intellekt həlləri, kriptovalyuta mədənçiliyi və molekulyar simulyasiya üçün geniş şəkildə istifadə olunur.
Qrafik kart adətən çap edilmiş lövhə üzərində hazırlanır və universal və ya ixtisaslaşmış (AGP, PCI Express) genişləndirmə yuvasına daxil edilir. Bəziləri kompüterə dok stansiya və ya kabel vasitəsilə qoşulan xüsusi korpuslardan istifadə etmək imkanına malik olaraq hazırlanmışdır. Bunlar eGPU kimi tanınır.

Diskret GPU-lar (dGPU-lar) adətən ayrıca qrafik kartlar şəklində olur, inteqrasiya olunmuş GPU-lar (iGPU-lar) isə bir qayda olaraq, GPU və CPU-nu eyni qurğu daxilində “birləşdirilmiş” şəkildə olur. iGPU-lar adətən dGPU-lara nisbətən daha az performansa sahib olurlar, çünki onlar yaddaşı və enerjini CPU ilə bölüşürlər. dGPU-lar isə öz videoramları və PCİe adaptorları vasitəsilə aldıqları eneji hesabına daha yüksək məhsuldarlığa malikdirlər.

Diskret GPU-lar adətən oyunçular, qrafika yaradıcıları, kriptovalyuta mədənçiləri və peşəkarlar tərəfindən istifadə olunur, çünki onlar iGPU-lardan qat-qat güclüdürlər və daha mürəkkəb renderləri və vizual işıqlandırma/kölgə effektlərini emal edə bilirlər. İnteqrasiya edilmiş GPU-lar daha az gücə malikdirlər və ofis istifadəsi, video yayımı və yüngül 3D elementlərin göstərilməsi kimi işlər üçün nəzərdə tutulub.

Ayrı qrafik karta alternativ olaraq, video element ana plata və ya CPU-prosessora inteqrasiya oluna bilər. Hər iki variantı inteqrasiya olunmuş qrafika adlandırmaq olar. Ana plata üzərindəki videokartlar bəzən “onboard” adlanır. İnteqrasiya edilmiş qrafika olan ana platalar demək olar ki, inteqrasiya olunmuş qrafik çipini söndürməyə imkan verir və inteqrasiya olunmuş qrafika yerinə daha yüksək performanslı qrafik kartı əlavə etmək üçün PCI və ya PCI Express (PCI-E) yuvasına malikdirlər. Bəzən həm inteqrasiya olunmuş qrafika, həm də diskret (bəzən xüsusi adlanır) qrafik kartı ayrı-ayrı displeylərə görüntü üçün eyni vaxtda istifadə edilə bilər.

İnteqrasiya edilmiş qrafikanın əsas üstünlüklərinə aşağı qiymət, yığcamlıq, sadəlik və aşağı enerji sərfiyyatı daxildir. İnteqrasiya edilmiş qrafikanın performans çatışmazlığı, qrafik prosessorun sistem resurslarını CPU ilə paylaşdığı üçün yaranır. Diskret qrafik kartının isə öz yaddaşı (RAM), öz soyutma sistemi və xüsusi güc tənzimləyiciləri var. Diskret qrafik kartın əlavə edilməsi CPU üzərindəki yükün, və operativ yaddaşın yükünü azaldacaq. Bu zaman nəinki qrafik elementlərin işlənməsi daha sürətli olacaq, həm də kompüterin ümumi performansı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Bu video oyunları oynamaq, 3D animasiya ilə işləmək və ya videonu redaktə etmək üçün lazımdır.

Həm AMD, həm də Intel, GPU-nun CPU ilə eyni qəlibdə inteqrasiyasını dəstəkləyən CPU və anakart çipsetlərini istehsal edir. AMD, inteqrasiya olunmuş qrafika ilə CPU-ları Sürətlənmiş Processing Unit (APU) ticarət markası altında satır. Intel isə oxşar texnologiyanı “Intel HD Graphics və Iris” brendləri altında satır. İnteqrasiya olunmuş videokartlar hələ də diskret həllərin performansına ekvivalent olmasa da, Intel-in HD Graphics platforması diskret orta səviyyəli qrafiklərə yaxınlaşan performans təmin edir. AMD APU texnologiyası həm PlayStation 4, həm də Xbox One video oyun konsolları tərəfindən istifadə edilir.