15%-ə qədər ENDİRİMLƏRDƏN FAYDALANIN! Ən son modellərGaming notebooklarUltrabuklar * Yalnız Bizdə.

HP Elite Dragonfly G2 haqqında

HP Elite Dragonfly G2 haqqında

HP Elite Dragonfly G2 haqqında

Evvdə, ofisdə və hər yerdə işləmək üçün biznes noutbukuna ehtiyacınız varsa, bu, ala biləcəyiniz ən yaxşı 2-in-1 noutbuklardan biridir. Bu, asanlıqla planşetə çevrilə bilən və 1 kq-dan az çəki ilə Sizə qətiyyən yük olmayacaq portativ noutbukdur.

Qarşınızda klassik noutbuk kompüter və ya planşet kimi istifadə edə biləcəyiniz, rahat daşına bilən və çox yönlü bir hibrid biznes ultrabuku vardır.

HP Elite Dragonfly G2 inkişaf etməkdə olan birinci nəsil HP Elite Dragonfly-dən sonra o qədər uğurlu inkişaf etdi ki, o, 2020-ci ildə sürətli performansı, əla ekranı və parlaq gözəl görünüşü ilə ən yaxşı noutbuk üçün T3 mükafatını qazandı. Beləliklə, 2021-ci il üçün yeni versiya G2 kifayət qədər üstün özəlliklərə malikdir. HP Elite Dragonfly G2-ni incələmədən keçirən zaman qarşımıza çıxan özəlliklərlə tanış olmaq üçün oxuyun:

1. Yüksək performans, portativlik. 

 Dördnüvəli 11-ci nəsil Intel® Core™ prosessoru, yeni Intel® Iris® Xe qrafikası ilə tələbkar biznes proqramlarını sürətlə emal etməyə qadirdir.

2. Vizual gizli nəzərlərdən qoruma texnolgiyası olan (HP Sure View Reflect). 

 Noutbukunuzun qarşısında əyləşdiyiniz zaman ətrafdan kiminsə Sizi izləməsini hiss edırsinizsə dərhal HP Sure View Reflect funksiyasını aktiv edin. Ekranda olan məlumat və təsvirlər yalnız məhdud bucaq üzrə görünən olacaqdır. Bir sözlə, görüntü bucağı yad nəzərlərin görə bilməyəcəyi qədər kiçiləcəkdir.

 Ekrana yandan baxıldıqda xüsusi örtük yaradan HP Sure View Reflect ilə yad gözlərin ekranınıza baxmaq qabiliyyətini dərhal bloklayacaqsınız.

3. HP Sure Sense

 Zərərli proqramlar sürətlə inkişaf edir və ənənəvi antivirus həmişə yeni hücumları tanıya bilmir. Yeni viruslara qarşı müstəsna müdafiəni təmin etmək üçün dərin araşdırma alqoritmindən istifadə edən HP Sure Sense ilə kompüterinizi əvvəllər görülməmiş hücumlardan qoruyacaq.

4. Sürətli simsiz Gigabit LAN

 Sürətli şəbəkə əlaqəsinin etibarlılığı kompüterinizin səmərəli işləməsini müəyyənləşdirir. Gigabit sürətli Wi-Fi 6 ilə simsiz mühitlərdə sürətli və etibarlı əlaqə əldə edin.

5. Brauzer və məktublarınızı inamla açın- HP Sure Click.

 Kompüterinizi veb-saytlardan qorumağa kömək edən və zərərli proqramlar və viruslar olan məktublarda yalnız Microsoft Office və PDF faylarının açılmasını təmin edən- HP Sure Click. 

6. Firmware hücumlarından avtomatik bərpa

 Firmware hücumları kompüterinizi tamamilə məhv edə bilər. HP-nin özünü bərpa edən BIOS-u ilə özünüzü qoruyun. HP Sure Start Gen6, BIOS-u zərərli proqramlardan avtomatik bərpa edir.

7. Windows 10 Pro 

 Windows 10 Pro ilə performans və ya təhlükəsizlik baxımından istənilən proqramlarla dayanmadan işləyin. Windows 11 əməliyyat sisteminə PULSUZ yenilənmə.

 Yuxarıda bəhs etdiyimiz HP Elite Dragonfly 2 Biznes seriya noutbuku haqqında uzun-uzadı danışmaq olar, lakin bütün bunların əvəzinə ona toxunmaq yetər!

HP Elite Dragonfly G2 ultabukunun ən uğurlu versiyalarından biri:

HP Elite Dragonfly G2 Notebook PC (336P0EA) 

 Noutbuk 4 nüvəli, 8 axınlı 11-ci nəsil İ7 prosessora malikdir (11th Generation Intel Core i7-1165G7 up to 4.7 GHz). 

Operativ yaddaş: 16 GB LPDDR4x-4266 MHz RAM

Ən son texnologiya olan sürətli SSD daimi yaddaş : 512 GB PCIe NVMe SSD.

13.3” Touch Display-IPS Toxunma ekran:  13.3″ diagonal, FHD (1920 x 1080), touch, IPS.

Simsinz qoşulma: Intel AX201; Wi-Fi 6 : Yüksək sürətli, 1000 mbit/s.

Bluetooth: Bluetooth 5.

Səs sistemi olaraq inanılmaz realistik Audio by B&O.

Əməliyyat sistemi:  Windows 10 Pro.

 HP Elite Dragonfly G2 noutbukunun portları: 2 x Thunderbolt 4 (USB-C), 1 x USB 3.1 Type-A, HDMI 2.0b, Audio jack.

Kamera: HD (720p) IR veb-kamera.

Çəki: Cəmi :0,99 kq. 

Ölçü: (30,42 x 19,76 x 1,6 sm).

HP noutbuklar, HP ultrabuklarının Bakıda rəsmi zəmanətlə satışı ilə maraqlanırsınzsa, CTRL.az onlayn kompüter mağazası olaraq Sizı əlavə məlumatlar  verməkdən məmun olarıq.


LEAVE A COMMENT

Your email address will not be published. Required fields are marked *